XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 22:56

İran rialdan dörd sıfırı kəsmək istəyir –Qanun layihəsi parlamentə göndərilib

İran prezidenti Həsən Ruhani ölkənin dəyərdən düşmüş valyutası olan rialdan dörd sıfırı kəsəcək qanun layihəsini parlamentə göndərib.

Ölkənin yarı rəsmi xəbər agentlikləri Ruhaninin bu qanun layihəsini parlamentin təcili olaraq nəzərdən keçirməsini istədiyini bildirir.

İran rialının dəyəri Birləşmiş Ştatlar prezidenti Donald Trumpın 2018-ci ildə Tehran və dünya güclərinın daxil olduğu nüvə sazişindən çıxması və İrana yeni sanksiyalar tətbiq etməsindən sonra kəskin şəkildə düşüb.

Bu addım milyardlarla dollarlıq ticarət sövdələşmələrinin dayanmasına səbəb olub və İranın xam neftinin xaricdə satışına əngəllər törədib.

Avqustun 21-də $1 dolların qiyməti 116,500 rial olub. 2015-ci ildə, nüvə anlaşması zamanı isə $1 dolların qiyməti 32,000 rial idi.

Aprel ayında Beynəlxalq Valyuta Fondu (BVF) İran iqtisadiyyatının bu il 6 faiz kiçiləcəyini və ABŞ sanksiyalarının təsirinə görə ölkədə inflyasiyanın 40 faizə çatacağını bildirib. (amerikaninsesi.org)