XƏBƏR LENTİ

13 Noyabr 2019
12 Noyabr 2019

Digər Xəbərlər

02 Sentyabr 2019 - 13:08

Arvadı gözəllik müsabiqəsində iştirak etmiş keşiş ucqar kəndə göndərilib –Rusiyada

Rusiyanın Ural regionunda pravoslav keşiş, arvadı gözəllik müsabiqəsində iştirak etdiyinə görə ucqar kənd kilsəsinə göndərilib.

Maqnitoqorsk şəhərində gözəllik salonunu işlədən Oksana Zotova yerli gözəllik müsabiqəsində mükafata layiq görüldükdən sonra tənqidə məruz qalıb.

Buna səbəb onun keşiş arvadı olması faktının üstünün açılması olub.

Bu xəbəri Rusiyanın sosial xəbərlər portalı olan Pikabu saytına anonim mənbə ötürüb.

Keşiş arvadının gözəllik müsabiqəsində iştirakına yerli pravoslav din xadimlərinin reaksiyası kəskin olub.

Rusiya pravoslav ruhani rəsmiləri bu məsələni biləndən sonra keşiş Sergey Zotov xidmət etdiyi Maqnitoqorsk kilsəsindən dərhal uzaqlaşdırılıb.

Onu keşiş qismində xidmətini davam etdirmək üçün Maqnitoqorsk şəhərindən 65 km uzaqlıqda yerləşən bir kənd kilsəsinə göndəriblər.

Bu kəndin 4000 nəfərlik əhalisi var.

Sergey atanın arvadının hərəkəti Maqnitoqorsk yeparxiyasının üzvlərini də narazı salıb.

Yeparxiyanın mühakimə səlahiyyətli qurumunun sədri protoierey Fyodor Saprıkin bəyan edib ki, “keşiş arvadı şouda iştirak etməklə ağır günah törədib”.

Protoierey vurğulayıb ki, keşişin arvadı tövbə etməyənə qədər Sergey Zotova “bəraət verilə bilməz”.

“O necə keşişdir ki, heç ailəsinə də nəzarət edə bilmir?” – yüksək vəzifəli ruhani sual edib. (BBC azeri)