XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 19:02

Baham adalarında güclü qasırğa:ölənlərin sayı 50 nəfərə çatıb, xeyli insan itkin düşüb

Baham adalarında “Dorian” qasırğası nəticəsində həlak olanların sayı artaraq 50 nəfərə çatıb.

ABC telekanalının ölkə polisinə istinadla yaydığı məlumata görə, 42 nəfər təbii fəlakətin dağıdıcı təsirinə məruz qalan Abako adasında, daha 8 nəfər isə Böyük Baham adasında həyatını itirib.

Həmçinin çox sayda insanın itkin düşmüş hesab olunduğu, qasırğadan sonra onlardan xəbər alınmadığı bildirilir. İtkin düşənlərin qohumlarından bu barədə polisə məlumat vermələri xahiş olunur.

Ən yüksək beşinci səviyyəyə qədər yüksələn “Dorian” qasırğası sentyabrın 1-də Baham adalarında ciddi dağıntılar törədib. Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, Abako adasında 13 mindən çox ev dağılıb və ya zədələnib.

ABŞ-ın RMS kompaniyasının məlumatına əsasən, “Dorian” qasırğası Karib hövzəsi regionuna 3,5 milyard dollardan 6,5 milyard dollaradək ziyan vurub/Azərtac.