XƏBƏR LENTİ

21 Noyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 20:36

Putin 30-a yaxın general və polkovniki istefaya göndərdi –Senatorun cinayət işinə görə

Rusiya Prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarındakı 30-a yaxın general və polkovniki istefaya göndərib.

“Kommersant” xəbər verir ki, vəzifədən Rusiya İstintaq Xidmətinin Krımdakı Baş İstintaq İdarəsinin rəhbəri general-leytenant Mixail Nazarov və Dağıstan İstintaq İdarəsinin rəhbəri general-leytenant Sergey Dubrovinin azad edildiyi də bildirilir.

Qeyd edilir ki, Dubrovinlə birgə onun müavini Tuqay Tuqayevin də vəzifədən azad edilib.

Dubrovinin istefa haqqında raport yazılıb.

Bunun Qaraçay-Çərkəz Respublikasından olan keçmiş senator Rauf Araşukov və atası Raulun cinayət işlərinin araşdırılması ilə əlaqədar olduğu vurğulanıb/Virtualaz.org.