XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 11:23

“Qazprom”un Şimal Axını ilə qaz göndərişi məhdudlaşdırılır –Məhkəmə qərarı

“Qazprom” şirkəti sentyabrın 10-da bildirib ki, Opal kəməri ilə qaz göndərişlərini məhdudlaşdıran məhkəmə qərarının hüquqi və kommersiya fəsadlarını təhlil edir.

Bu kəmər Almaniyanı Rusiyanın Qazprom dövlət şirkətinə məxsus Şimal Axını kəmərilə birləşdirir. Xəbəri “Reuters” yayıb.

Avropa Birliyinin Luksemburqda yerləşən ali məhkəməsi sentyabrın 10-da çıxardığı qərarla Opal ilə qaz nəqlini məhdudlaşdırıb. Bu, Avropa Komissiyasının 2016-cı ildə verdiyi qərarın ləğvi deməkdir.

AB-nin Baş Məhkəməsi belə bir qənaətə gəlib ki, Avropa Komissiyası qərarının Polşanın qaz təchizatının təhlükəsizliyinə təsirini dəyərləndirməyib və buna görə də qəbul etdiyi qərarla AB-nin “enerji həmrəyliyi prinsipi”ni pozub.

Ukrayna və Polşa bu qərarı qələbə sayırlar, onun özəlliklə Kiyev üçün qaz böhranının mümkünlüyünü azaltdığını deyirlər. Bu qərar Rusiyayla gələcək enerji danışıqlarında Ukraynaya üstünlük verəcək.

AB, Ukrayna və Rusiyanın təmsilçiləri sentyabrın 19-da Brüsseldə danışıqlar aparacaq, Kiyevin Rusiyayla qaz tranziti kontraktının mümkün uzadılmasını müzakirə edəcəklər. Bu sazişin müddəti yanvarın 1-də bitir.

“Qazprom” isə 2020-ci ilin yazınadək Şimal axını-2 layihəsini tamamlamağa çalışır və bundan sonra tranzit üçün Ukraynanın kəmərlərinə ehtiyacı qalmaya bilər. (azadliq.org)