XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 19:18

Şotlandiya məhkəməsi parlamentin işinin dayandırılmasının qanunsuz olduğuna dair qərar çıxarıb

Şotlandiya məhkəməsi çərşənbə günü Britaniya Baş Naziri Boris Consonun parlamentin işini təxirə salmasının qanunsuz addım olduğuna dair hökm çıxarıb.

Conson Brexiti razılıqla və ya razılıq olmadan həyata keçirəcəyinə söz verib və deyib ki, parlament yenidən işə başlayanda qanunvericilərin onun Avropa İttifaqı ilə əldə edəcəyi hər hansı Brexit razılığını qəbul etməyə kifayət qədər vaxtı olacaq.

Qərarı açıqlayan Şotlandiyanın baş hakimi Lord Karlovey bildirib ki, məhkəmə parlamentin işini təxirə salınması qərarını dəyişmir.

Britaniya höküməti məhkəmə qərarına etiraz edib və apelyasiya şikayəti irəli sürəcəyini bildirib.

Parlamentin işi çərşənbə axşamından etibarən beş həftəlik dayandırılıb.

Müxalifət qanunvericiləri Consonun bu addımına qarşı çıxıb və bunu “çevriliş” adlandırıb.

Parlament üzvləri ötən həftə razılıqsız Brexitin “faciəvi nəticələrinin” qarşısını almaq məqsədilə razılıq əldə olunmadığı təqdirdə Consonu Aİ liderlərindən son möhlət tarixinin təxirə salınmasını istəməyə məcbur edəcək qanun layihəsini qəbul edib. (amerikaninsesi.org)