XƏBƏR LENTİ

13 Noyabr 2019
12 Noyabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 19:54

Kasım-Jomart Tokayev:"Çin Qazaxıstanın ən böyük xarici ticarət və iqtisadi tərəfdaşıdır"

Çin Qazaxıstanın ən böyük xarici ticarət və iqtisadi tərəfdaşlarıdır. Ötən il 11,4 faiz artaraq 12 milyard dollar təşkil edən ölkələrimiz arasındakı ticarət dövriyyəsinin dinamik şəkildə artımı buna sübutdur.

Azərtac “Akorda.kz”a istinadla xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. O bildirib ki, müstəqillik illərində Çin Qazaxıstana təxminən 20 milyard dollar sərmayə yatırıb. Qazaxıstan Asiya ilə Avropa arasında nəqliyyat dəhlizinin formalaşması və inkişafı imkanlarına xüsusi diqqət yetirir.

Ölkəsində həyata keçirilən “Nurlı Zol” Dövlət İnfrastruktur İnkişaf Proqramının, Çinin “Bir kəmər, bir yol” layihəsinə uyğunluğunu bildirən Prezident Qazaxıstandan keçən 5 dəmir yolu və 6 avtomobil beynəlxalq marşrutu, Çin və digər Asiya ölkələrini Avropa və Orta Şərq ilə birləşdirdiyini qeyd edib.

Qeyd edək ki, Qazaxıstan yüksək keyfiyyətli buğda ixrac edən ilk 10 ölkədən biridir. Keçən il Çinə buğda ixracı 550 min tona çatıb. Qazaxıstan bu həcmi 3,5 dəfə 2 milyon tonadək artırmaq niyyətindədir.