XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 10:55

ABŞ Polşaya F-35 qırıcıları satacaq –Tramp yaşıl işıq yandırdı

ABŞ Prezidenti Donald Tramp administrasiyası Polşaya 32 F-35 qırıcısının satışını təsdiqləyib.

Polşa ABŞ-ın NATO-da əsas müttəfiqlərindəndir.

6,5 milyard dəyəri olan razılaşmanı indi Konqres təsdiqləməlidir və sənədin Konqresdən keçəcəyi gözlənir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən Varşava müdafiə xərclərini qətiyyətlə artırmağa başlayıb.

Polşa Birləşmiş Ştatlardan burada daimi hərbi baza qurmağı da xahiş edib. Tramp iyunda elan elədi ki, Polşaya əlavə min əsgər göndərəcək. Bu ölkədə Birləşmiş Ştatların 5 min əsgəri var.

Beşinci nəsil qırıcılar Rusiya, yaxud sovet istehsalı olan MiG-29 və Su-22 təyyarələrini əvəzləyəcək. (azadliq.org)