XƏBƏR LENTİ

13 Noyabr 2019
12 Noyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 11:42

Ukraynanın ən böyük bankında polis reyd keçirib

Polis Ukraynanın ən böyük bankı olan PrivatBank-da cinayət təhqiqatı çərçivəsində reyd keçirib.

Sentyabrın 11-də bankın Dneprdəki baş ofisində keçirilmiş reyddə xüsusi polis qüvvələri iştirak edib. Reydin məhkəmə qərarı əsasında aparıldığı bildirilir.

Məlumata görə, reyd bank rəsmilərinin yerli və beynəlxalq şirkətlərlə razılaşma bağlayarkən səlahiyyətlərini aşıb-aşmamaması üzrə istintaqla bağlı olub.

PrivatBank 2016-cı ildə Beynəlxalq Valyuta Fondunun dəstəyilə milliləşdirilib. O zaman riskli kredit ayırmalar bankda milyardlarla dollar nağd pul qıtlığı yaratmışdı.

Yenidən milliləşdirilmə zamanı dövlət banka 6 milyard dollar yaxın pul vəsaiti köçürüb.

Bankın qurucusu, oliqarx İqor Kolomoyski bankı yenidən nəzarətinə almaq niyyətini gizlətmir.

Kolomoyski Petr Poroşenkonun prezidentliyi dövründə təhqiqatlara və hökumətin təzyiqinə məruz qalıb. O, Vladimir Zelenski apreldə president seçiləndən sonra ölkəyə qayıdıb.

Sözügedən reyddən bir neçə gün öncə Zelenski və Kolomoyski görüşüblər.

Zelenski indiyədək Kolomoyskiyə PrivatBank-a sahibliyi qaytaracağı barədə deyilənləri təkzib edib. (azadliq.org)