XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 15:00

Tramp:"Taliban daha möhkəm vurulacaq"

ABŞ Prezidenti Donald Tramp Taliban silahlı qruplaşmasının həmişəkindən “daha möhkəm” vurulacağını vəd edir.

Tramp ABŞ-da 2001-ci il 11 sentyabr terrorunun 18-ci ildönümündə çıxış edib.

Terrorda öldürülmüş 3 minədək qurbanın adına Pentaqonda anım mərasimi keçirilib. Bu tədbirdən bir neçə gün öncə Tramp Talibanla sülh danışıqlarının “öldüyünü” açıqlayıb.

Son dörd gündə ABŞ qüvvələri “düşməni əvvəlkindən daha bərk vurublar və bu davam edəcək”, Tramp vurğulayıb.

Prezident yaraqlılara Birləşmiş Ştatlar üzərinə bir daha hücum etməməklə bağlı xəbərdarlıq edib.

Trampın sözlərinə görə, ABŞ-ın hərbi reaksiyası “indiyədək olduğundan fərqli” olar, ancaq o, nüvə silahlarından istifadəni nəzərdə tutmadığını sözlərinə əlavə edib.

Bu arada 2001-ci il terrorunu həyata keçirmiş Əl-Qaida terror şəbəkəsinin lideri Ayman əl-Zavahiri videomüraciətində bu hücumları “İsrail və onun Amerika, Britaniya, Fransa, Rusiya və Avropa müttəfiqlərinə” qarşı gerçəkləşdirildiyini söyləyib.

Zavahiri 2011-ci ildə əl-Qaida rəhbəri elan olunub. Bu, Usama bin Laden Pakistanda ABŞ xüsusi qüvvələri tərəfindən öldürüləndən sonra baş verib.

11 sentyabr çıxışında Tramp bir daha vurğulayıb ki, Talibanla ötən həftəki sülh danışıqlarını silahlı qruplaşmanın Kabildəki hücumuna görə təxirə salıb. Həmin hücumda bir ABŞ əsgəri və daha 11 nəfər öldürülmüşdü.

Talibanla Qətərdə danışıqların doqquz raundu keçirilmiş, ABŞ-ın sülh elçisi Zalmay Xalilzad silahlılarla sazişin “prinsipcə” razılaşdırıldığını bildirmişdi. (azadliq.org)