XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 21:53

NATO PA sədri Gürcüstanın Baş Naziri ilə görüşüb- Regiondakı vəziyyəti müzakirə ediblər+FOTO

Tbilisidə səfərdə olan NATO Parlament Assambleyasının sədri Madlen Mun sentyabrın 12-də Gürcüstanın Baş Naziri Georgi Qaxariya ilə görüşüb.

Gürcüstanın Hökumət dəftərxanasından Azərtac-a bildiriblər ki, görüşdə Gürcüstanın Avratlantik strukturlara inteqrasiyası, bu ölkədə həyata keçirilən demokratik islahatlar müzakirə edilib.

Söhbət zamanı regiondakı mövcud problemlər, humanitar vəziyyət, təhlükəsizlik və işğal altında olan ərazilərdəki vəziyyət diqqət mərkəzində olub.

NATO PA sədri regionda sabitliyin bərqərar olması istiqamətində atılan bütün addımları, Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiklərini vurğulayıb.

Gürcüstanın NATO-ya inteqrasiyası, hökumətin bu istiqamətdə həyata keçirdiyi islahatlar yüksək qiymətləndirilib.