XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 11:05

Türkiyədə zəlzələ olub- 4.8 bal gücündə

Türkiyənin Çankırı bölgəsində Rixter cədvəli üzrə 4.7 və 4.8 bal güclərində iki zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Agentliyin İnternet sayında göstərilir ki, sentyabrın 14-də Türkiyə vaxtı ilə saat 9.00-da və 9.03-də ardıcıl baş verən yeraltı təkanların episentri Çerkeş rayonunda qeydə alınıb.

Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur(azərtac).