XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 13:10

Türkiyədə FETÖ əməliyyatı- Saxlanılanlar var

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 50 hərbi qulluqçu saxlanılıb.

Mərkəzi İstanbul olmaqla 54 şəhərdə aparılan antiterror əməliyyatları zamanı Türk Silahlı Qüvvələrinin FETÖ ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 222 əməkdaşından 50-si saxlanılıb.

Təşkilatın digər üzvlərinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Əməliyyatlar əsnasında şübhəlilərin artacağı istisna edilmir.