XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 18:54

6 yaşdan yuxarı əhalinin 70,6 faizi internetdən istifadə edir- Gürcüstanda

Gürcüstanda 6 yaşdan yuxarı əhalinin 70,6 faizi internetdən istifadə edir.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, son illər ölkədə internet istifadəçilərinin sayı 6,7 faiz artıb. Gürcüstanda şəhər əhalisinin 78,8 faizi, kənd əhalisinin 58,6 faizi internet istifadəçisidir. İstifadəçilərin 89,2 faizi şəbəkəyə hər gün qoşulur.

İnternet istifadəçilərinin 96 faizi sosial şəbəkələrdən, 85,6 faizi audio və ya video, 55,4 faizi xəbər portalları, qəzet və jurnallardan yararlanır. Qalan 53,8 faizi elektron ünvanlardan məktub, digər materiallar göndərir və ya alır, 51,7 faizi sağlamlıq, 38 faizi ticarət, bankçılıq və digər xidmətlər barədə məlumat əldə edir, 17,4 faizi iş axtarır.

İstifadəçilərin 60,8 faizi internetdən evlərdəki kompüterlər, 92,8 faizi isə mobil qurğular (telefon, planşet) vasitəsilə yararlanır.