XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 10:45

Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı:"Ömürlük həbs yeni bir başlanğıc üçün ümidin məhdudlaşdırılmasıdır"

Roma Papası Fransisk məhbuslar üçün ömürlük həbs cəzasına qarşı çıxıb. 

Bu barədə Roma Katolik Kilsəsinin rəhbəri Penitensiar polisin nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, ömürlük həbs yeni bir başlanğıc üçün ümidin məhdudlaşdırılmasıdır, insanları isə ümid hüququndan məhrum etmək olmaz.

“Hər bir cəmiyyət ümidi dəstəkləməlidir  və elə etməlidir ki, cəza ümid və yeni barışıq cəhdi hüquqlarına xələl gətirməsin”, – deyə pontifik qeyd edib.

Keşiş həmçinin əlavə edib ki, dolu həbsxanalar son zamanlar düzəliş yeri deyil, qəzəb mənbəyi olur. /Oxu.az