XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 19:40

Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb- Dronların hücumu nəticəsində

Pilotsuz uçan aparatların Saudi Aramco şirkətinin neft obyektlərinə hücumu sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib. OPEC-in məlumatına görə, 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barrel neft istehsal edirdi.

Azərtac xəbər verir ki, Saudi Aramco hücuma məruz qalmış müəssisələrdə yanğınların lokallaşdırıldığını təsdiqləyib. Şirkətin rəhbəri Amin Nasserin sözlərinə görə, aviahücumlar zamanı zərər çəkən olmayıb. Hazırda hasilatın bərpa olunması istiqamətində iş aparılır.

Şənbə gününə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş verib. Yəmənin üsyançı-husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirib.