XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 21:15

Hindistanda turistləri daşıyan qayıq aşıb:12 nəfər ölüb

Bazar günü Andhra Pradeşdəki vilayətində Godavari çayında turistlərin olduğu motorlu qayıqın aşması nəticəsində ən azı 12 nəfər boğulub və 20-dən çox insan itkin düşüb.

Qayığın göyərtəsində təxminən 60 nəfər olub, onlardan 20-si xilas edilib. Faciə Devipatnam kəndi ərazisində baş verib. İtkin düşənlərin axtarışına xilasedicilər və helikopterlər cəlb olunub. Bildirək ki, Aşırılan qayıq yerli turizm şöbəsinə məxsus idi.

Qeyd edək ki, sentyabrın 13-də, dini festival zamanı Madhya Pradeşdə vilayətində motorlu qayığın aşması nəticəsində 11 nəfər ölüb. /Trend