XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

16 Sentyabr 2019 - 09:00

Dağıstanda futbol matçı zamanı kütləvi dava baş verib –Xəsarət alan var

Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin “İnstaqram” səhifəsində bildirilir.

Məlumatda deyilir: “Mahaçqalanın “Trud” meydançasında iki futbol komandası arasında dava baş verib. Davada təxminən 40 nəfər iştirak edib”.

Bildirilir ki, polislər davada iştirak edən 5 nəfəri saxlayıblar.

Dava nəticəsində bir nəfər xəsarət alıb və xəsatəxanaya yerləşdirilib. (Trend)