XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

16 Sentyabr 2019 - 13:12

OPEC+ Komitəsinin növbədənkənar iclası keçirilə bilər –Səbəb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlər tərəfindən edilən hücum OPEC+ ölkələrinin (Neft İxrac Edən Ölkələr Təşkilatına daxil olmayan ölkələr) Nazirlər Monitorinq Komitəsinin növbədənkənar görüşünün keçirilməsinə səbəb ola bilər.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə ölkənin Energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanının neft infrastrukturuna pilotsuz hücumlarını şərh edərək bildirib.

Onun sözlərinə görə, bu cür hadisələr ümumi enerji təhlükəsizliyinə təsir göstərir. Nazir 16 sentyabr Səudiyyə Ərəbistanından olan həmkarı Abdel Əziz bin Salmanla baş vermiş hadisəni müzakirə edəcəyini vurğulayıb.

A. Novak əlavə edib ki, öncə dəymiş ziyanı qiymətləndirmək lazımdır. Bundan sonra, ola bilsin, OPEC+ Komitəsinin növbədənkənar iclası keçirilisin.

Bundan başqa, rusiyalı nazir Səudiyyə Ərəbistanındakı vəziyyət səbəbindən yarana biləcək neft qıtlığının dünya bazarında olan kommersiya ehtiyatları sayəsində təmin edilə biləcəyini də bildirib.

Qeyd edək ki, mütəxəssislərin proqnozlarına görə, Səudiyyə Ərəbistanda baş verən insident neftin 1 barelinin 100 ABŞ dolları səviyyəsinə çatmasına səbəb ola bilər. Səudiyyə Ərəbistanı tərəfindən neftin hasilatının azaldılması “qara qızılı” artıq kəskin bahalaşdırıb. (apa)