XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

17 Sentyabr 2019 - 21:28

Pentaqondan Türkiyəyə çağırış:"Silahı Rusiyadan deyil, ABŞ-dan alın"

“Türkiyənin Rusiyadan “Su-35” və “Su-57” təyyarələri almaq planından ABŞ xəbərdardır”.

TASS xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Con Rood bildirib.

“Bununla bağlı xəbərləri izləyirəm. Əlbəttə, hazırlayıb bu ölkədə yerləşdirdiyimiz sistemlərimizlə fəxr edirik. Türkiyəli tərəfdaşlarımızı onları satın almağa çağırırıq. Lakin Türkiyə, təbii ki, suveren ölkədir, onlar qərarları özləri verirlər. Bununla belə, biz yenə də onlarla bu istiqamətdə əməkdaşlığa hazırıq”, – Pentaqon rəsmisi qeyd edib/Report.