XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 09:10

Cavad Zərif:"ABŞ-ın sanksiyaları genişləndirməsi iqtisadi terrordur"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Tehrana qarşı sanksiyalarını ölkənin adi vətəndaşlarına qarşı genişləndirilməsi kimi qiymətləndirərək bu qərarı “iqtisadi terror” adlandırıb.

O, bu barədə öz “Twitter” səhifəsində yazıb.

Zərif əlavə edib ki, bu addım ABŞ-ın adi vətəndaşları qəsdən hədəfə almasının bir etirafıdır.

Qeyd edək ki, ötən gün Tramp ölkənin maliyyə nazirinə İran dövlətinə qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyə göstəriş verib. /APA