XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 23:23

Fransa Edvard Snoudenə sığınacaq verməyəcək- XİN rəhbərindən açıqlama

“Fransadan 2013-cü ildə Prezident Fransua Ollandın vaxtında sığınacaq istəmişdim. İstərdim cənab Emmanüel Makron mənə sığınacaq hüququ versin”, – deyə E. Snouden Fransa kanalına verdiyi müsahibədə deyib.

Azərtac xəbər verir ki, Fransa xarici işlər naziri Jan-İv Lö Dryan isə ölkəsinin hələ amerikalı Edvard Snoudenə sığınacaq vermək niyyəti olmadığını bildirib.

Qeyd edək ki, 2013-cü ildə ABŞ-da rabitə və internetin qlobal izləmə sisteminin olduğunu söyləyən, cəsusluq və dövlət sənədlərinin oğurlanmasında günahlandırılan, hazırda Moskvada yaşayan E. Snoudeni ölkəsinə döndüyü təqdirdə 30 il həbs cəzası gözləyir.