XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 09:12

ABŞ generalı Rusiyanı hədələdi –"Kalininqradı vura bilərik"

ABŞ-ın Rusiyanın Kalininqrad vilayətindəki hava hücumundan müdafiə sistemini keçməyə imkan verəcək planı mövcuddur.

“Report” “Breaking Defence” nəşrinə istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyan deyib.

Onun sözlərinə görə, Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır. O fikrini belə izah edib: “ Belə bir vəziyyətdə hərtərəfli – hava, quru, dəniz, kosmosdan hücum olacaq. Bura həmçinin kiber məkandan hücumlar və elektron müharibə də daxildir”.

General əlavə edib ki, ABŞ bu sxemi daim işləyib hazırlayır və lazım olduğu təqdirdə tətbiq etməyə hazırdır. Bununla yanaşı, Harriqyan Pentaqonun planının təfərrüatlarını açıqlamayıb.