XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 23:14

Hizbullah Səudiyyə Ərəbistanına:"İran səni məhv edər"

Livanın Hizbullah təşkilatı cümə günü Səudiyyə Ərəbistanına müharibə fikrinə düşməməyə çağırıb və İranın onu məhv edə biləcəyi barədə xəbərdarlıq edib.

Hizbullah lideri Seyid Həsən Nəsralla televiziya ilə çıxışında Riyadı və Birləşmiş Ərəb Əmirliklərini havadan müdafiə sisteminə pul xərcləməkdənsə Yəməndəki müharibəyə son qoymağa çağırıb.

“İranı müharibə ilə təhdid etmə, çünki o səni məhv edər,” Nəsralla deyib. “Birləşmiş Ərəb Əmirliklərinin şüşə şəhərləri kimi sizin də həm eviniz, həm də iqtisadiyyatınız şüşədən hazırlanıb.”

Hizbullah 1982-ci ildə İran islam Qvardiyası tərəfindən Livanda təsis olunmuş şiə militant qrupudur.

Ağır silahlarla təchiz olunmuş qrup İranın regional ittifaqında mühüm yer alır.

Nəsralla aydın edib ki, Səudiyyə Ərəbistanının hərbi müdafiə sistemi dron hücumlarının qarşısını almaqda acizdir.

Körfəz dövlətləri ilə İran arasında münasibətlər ötən həftəsonu Səudiyyənin neft emalı obyektlərinə dağıdıcı hücumların ardınca xeyli gərginləşib. (amerikaninsesi.org)