XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 23:37

Moskvada etiraz aksiyasında polisə xəsarət yetirən aktyor azad edilib –Məhkəmə qərarı

Moskva məhkəməsi cümə günü müxalifətin keçirdiyi etiraz aksiyası zamanı bir polis məmuruna xəsarət yetirmə ittihamı ilə həbs edilən Pavel Ustinovun sərbəst buraxılmasına qərar verib.

Rusiyanın 23 yaşlı aktyoru Moskvada keçirilən etiraz yürüşü zamanı bir polis işçisinin çiynini zədələməkdə ittiham edilib. Lakin Pavel Ustinov ittihamı rədd edib.

Üç il yarım həbsə məhkum edilən Ustinov Rusiya paytaxtında azad seçki tələbi ilə keçirilən aksiyalardan heç birində iştirak etmədiyini bildirib.

Məhkəmə Ustinovun gələn həftə apelyasiya şikayətinə baxılanadək onun sərbəst buraxılmasına göstəriş verib.

Ustinov müxalifət namizədlərin Moskvada keçirilən yerli seçkilərdə iştirakına mane olunduqdan sonra bu yay keçirilən bir sıra siyasi etirazlar zamanı həbs edilərək təxminən 3-4 il həbs cəzasına məhkum edilən bir neçə nəfərdən biridir. (amerikaninsesi.org)