XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 00:00

“ABŞ İran məsələsinin sülh yolu ilə həllinə çalışır” –Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi cəhətdən güclənməsi İran probleminin sülh yolu ilə həll etməyə yönəlib.

“Ria Novosti” bu barədə xəbəri Pompeonun ABC kanalına müsahibəsinə istinadən verir.

ABŞ dövlət katibi deyib: “Biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik, bu bizim məqsədimizdir. Ümid edirik ki, bu, vəziyyətə müsbət təsir edəcək. Biz Hörmüz körfəzində bu problem üzərində çalışdıq, körfəzin açıq salmağa cəhd göstərdik və artıq əlavə hava hücumundan müdafiə sistemləri də elə bunun üçün nəzərdə tutulub”.

Daha əvvəl ABŞ İranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hərbi müdaxilədə ittiham etmişdi. İran bunu təkzib edir. Daha sonra ABŞ-ın müdafiə naziri Mark Esper bəyan edib ki, Ağ ev rəhbəri Donald Tramp Yaxın Şərqə əlavə hərbi hissələrin göndərilməsinə razııq verib. /Oxu.az