XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 09:24

“ABŞ və KXDR nüvə mübarizəsi yol xəritəsini hazırlamalıdır” –Cənubi Koreyanın xarici işlər nazirindən çağırış

ABŞ və Şimali Koreya, işçi səviyyəsində qarşıdakı danışıqlarda denuklearizasiya üçün bir yol xəritəsi hazırlamalıdırlar.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Koreya Respublikasının xarici işlər naziri Kan Kyun-hva Nyu-Yorkda keçirdiyi brifinqdə açıqlama verib. Onun sözlərinə görə, Pxenyan ilk növbədə Vaşinqtondan təhlükəsizlik zəmanəti almağa çalışır və eyni zamanda Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları yüngülləşdirmək istəyir.

Kan Kyun-hva sentyabrın 22-də Nyu Yorkda, BMT-nın Baş Assambleyasında iştirak edəcək və çərşənbə axşamı ABŞ lideri Donald Tramp ilə görüşəcək ondan başqa Koreya Respublikasının Prezidenti Moon Jae ilə də görüşəcək.