XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 09:45

Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq:"Körfəzdən kənarda durun"

“ABŞ Körfəzə qoşun yerləşdirəcəyi halda xarici qüvvələr bizim insanlar və regionumuz üçün problemlər yarada bilər”.

BBC-nin verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani 1980-1988-ci illərin İran-İraq müharibəsinin başlaması ildönümü ilə bağlı Tehranda keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, xarici qüvvələr bu bölgəyə həmişə “ağrı və səfalət gətirib” və “silah yarışında” onlardan istifadə olunmamalıdılr.

Ruhani İranın BMT-də Körfəzə dair yeni sülh təşəbbüsünü təqdim ediləcəyini də söyləyib.

İran prezidenti xarici qüvvələrə bölgədən “uzaq durmağı” məsləhət görüb: “Əgər səmimidirlərsə, o zaman bölgəmizi silah yarışına çevirməsinlər … Bölgəmizdən və ölkələrimizdən nə qədər uzaq olsanız, bu bölgə o qədər təhlükəsiz olar”. (apa)