XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 11:09

İran-Ermənistan elektrik xəttinin tikintisi təxirə salınıb –Səbəb

İranla Ermənistan arasında üçüncü elektrik ötürücüsü xəttinin tikintisi təxirə salınıb.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən “Sputnik Armeniya”nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, tikinti işləri 2020-ci ilin sonunadək dayandırılıb. Layihənin reallaşmasının təxirə salınmasının səbəblərindən biri kimi İranın bank sistemində yaranmış vəziyyət göstərilib.

Xatırladaq ki, İran-Ermənistan üçüncü elektrik ötürücüsü xəttinin tikintisinin 2019-cu il sentyabrın 1-də başa çatacağı planlaşdırılırdı. Əsas podratçısı İranın “Sunir” şirkətidir. Layihənin ümumi dəyəri 107,9 milyon avrodur. Bunu 77 faizi İranın İxracatın İnkişafı Bankının, 23 faizi isə “Sunir”in payına düşür. (report)