XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 13:42

ABŞ bütün ölkələrə səsləndi:Uyğurları Çinə verməyin

ABŞ Dövlət katibi Maykl Pompeo yenidən represiyalara məruz qalmamaları üçün bütün ölkələri etnik uyğurları Çinə verməkdən imtina etməyə çağırıb.

Sentyabrın 22-də Pompeo bəyan edib ki, Pekinin dediyi kimi ölkənin qərbi Sincan bölgəsində saxladığı müsəlman uyğurların terrorçuluqla heç bir əlaqəsi yoxdur və bu milli azlıqların mədəniyyət və dinlərinin “silinməsi” cəhdidir.

“Mən demək istəyirəm ki, Çinin Sincandakı repressiya kampaniyasının terrorizmlə əlaqəsi yoxdur. Bu Çinin öz vətəndaşlarını məhv etmək cəhdi ilə əlaqədardır. Biz bütün ölkələri Çinin uyğurların geri qaytarılması tələbinə qarşı çıxmağa çağırırıq” deyə Pompeo bildirib.

O, belə bir açıqlamanı BMT Baş Assambleyasının illik toplantısı çərçivəsində beş Orta Asiya ölkəsinin – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri ilə görüşdən sonra verib.

BMT ekspertləri və fəalları bildirirlər ki, ən azı 1 milyon uyğur və əksəriyyəti müsəlman olan digər azlıq üzvləri Çinin Sincan bölgəsindəki düşərgələrdə saxlanılır.

Pekin isə saxlanma yerlərinin təlim və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “peşə” mərkəzləri olduğunu israr edir. (azadliq.org)