XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

19 İyun 2015 - 08:18

Həsən Ruhani və Qətər əmiri telefonla İŞİD-i müzakirə edib

ruhani qeter.jpg

İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani arasında telefon danışığı olub.

Strateq.az İran dövlət televiziyasına istinadən bildirir ki, telefon danışığı zamanı regionla bağlı müzakirə aparılıb. Ruhani regiondakı terrorçu qrupların fəaliyyətindən bütün region ölkələrinin əziyyət çəkdiyini deyib: “Terrorçu qruplaşmaların rəftarları heç bir ölkənin xeyrinə deyil və region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, regionun inkişafına mane olur”.

Mübarək Ramazan ayını müsəlmanlar arasında dostluq və mehribanlıq ayı adlandıran İran prezidenti deyib ki, bu ayda müsəlman torpaqlarında toqquşmalar və qan axıdılmasına son veriləcəyinə və ən qısa zamanda sabitlik və təhlükəsizlik bərqərar ediləcəiynə ümid edir.

İran İslam Respublikası prezidenti bütün ölkələrə, xüsusilə də Yəməndə müharibədən zərərçəkənlərə yardımların göstərilməsini zəruri olduğunu deyərək, region ölkələrinin yaranmış böhranın aradan qaldırılması istiqamətində səy göstərmələrini istəyib.

Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani də İran prezidenti ni Ramazan ayı münasibəti ilə təbrik edib. Əmir vurğualyıb ki, Qətər və İran arasındakı əlaqələr uzun keçmişə və dərin köklərə habelə, möhkəm bağlara malikdir və Doha bu əlaqələrin daha da inkişaf etdirilməsini istəyir.

Qətər əmiri İranın regiondakı mövqeyi və regional məsələlərin həllindəki rolunun əhəmiyyətini vurğulayaraq deyib: “İran regionda sülh və sabitliyin bərqərar edilməsində mühüm rol oynaya bilər.

Şeyx Təmim bin Həməd Ali Sani regiondakı böhranların xüsusilə də Yəmən, İraq və Suriya böhranlarının həllinə nail olmaq üçün siyasi həll yollarından istifadənin edilməsinin vacibliyini bildirib.