XƏBƏR LENTİ

15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

19 İyun 2015 - 08:56

Avropa Birliyinin təcili sammiti çağrıldı: Yunanıstanla bağlı qərar verilir

sammit ai.jpg

Avropa Birliyinin növbədənkənar təcili sammiti keçirləcək.

Strateq.az Bloomberq Agentliyinə istinadən bildirir ki, təcili toplanıtını Avropa Şurasının sədri Donald Tusk çağırıb. 22 iyunda Brüsseldə başlanacaq sammitdə Yunanıstanla bağlı məsələ müzakirəyə çıxarılacaq.

Bu sammiti zəruri edən amil Avropa ölkələrinin maliyyə nazirlərinin Luksemburda keçirdikləri görüşün nəticəsiz qalması olub.

“Yunanıstanla bağlı məsələnin təcili olaraq ən yüksək siyasi səvviyədə müzakirə etmək zamanı çatıb”-deyə Tusk bildirib. Sammit Avropa vaxtı ilə axşam saat 7-də (Bakı vaxtilə saat 22.00) başlanacaq.

Maliyyə nazirlərinin 4 saatlıq Lüksemburq görüşü heç bir nəticə verməyib. Tərəflər Yunanıstanın düşdüyü dalandan çıxaması üçün heç bir yol tapa bilməyib. Əgər Yunanıstan iyunun 30-dək Beynəlxaq Valyuta Fondunun 1,5 milyard avro kreditini ödəməsə ölkəni defolt təhlükəsi gözləyir.

X. SƏFƏROĞLU