XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

19 İyun 2015 - 10:47

Hizbullah İŞİD-lə müharibəyə girdi: Suriya sərhəddində terrorçular məhv edilib

hizbullah001.jpg

Hizbullah qüvvələri İŞİD-in Livanın şimal-şərqində yerləşən mövqelərini hədəfə alıb.

Strateq.az İranın “Səhər” telekanalına istinadən bildirir ki, Hizbullah bu gün Livanın şimal-şərqində, Ərsal şəhərinin ətrafında yerləşən Suriya ilə sərhəd Xərbə Həmam rayonunda İŞİD-in iki hərbi avtomobilini məhv edib.

Bu iki hərbi maşında olan İŞİD terrorçuları həlak olub.

Livan ordusu və Hizbullah qüvvələri ötən 3 həftə ərzində Livanın Suriya ilə sərhəd məntəqələrində İŞİD terrorçularına qarşı geniş əməliyyata başlayıb, indiyə kimi Suriyanın ümumi sahəsi 830 kvadrat kilometr olan Qələmun məntəqəsinin 550 kvadrat kilometrlik bir hissəsini terrorçulardan təmizləyib.