XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

19 İyun 2015 - 14:32

Ərdoğan və Ancelina Coli Suriya qaçqınları ilə görüşəcək

coli erdoqan.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin xoşməramlı səfiri, tanınmış aktrisa Ancelina Coli ilə Türkiyəyə sığınan suriyalı qaçqınların düşərgələrini ziyarət edəcəklər.

bu haqda Türkiyə KİV-i məlumat yayıb.

erdoqan coli.jpg

Xəbərə görə, iyunun 20-də R.T.Ərdoğan Mardində qaçqınlarla iftar açacaq. Həmin mərasimin qonağı isə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Guterreşin çağırışı ilə ölkəyə gələn Ancelina Colidir.

Qeyd edək ki, A.Coli əvvəllər də Türkiyənin Suriya ilə sərhədindəki qaçqın düşərgələrində olub. O, 2011-cildə Türkiyəyə gələndə qaçqınların sayı 10 min idi. İndi isə suriyalı qaçqınların sayı 2 milyonu keçib.