XƏBƏR LENTİ

15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

20 İyun 2015 - 08:26

Türkiyə ilə sərhəddə PKK dövləti qurulur

“Türkiyənin cənubunda kürd dövləti yox, PKK dövləti qurulur”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli politoloq Mehmet Şahin çıxış edib. Onun sözlərinə görə, hazırda PKK-nın hazırladığı 3 min nəfər Qəndildən birbaşa Suriyaya gedir:

“Onları beynəlxalq güclərlə yanaşı Təlabani, Goran və İran da dəstəkləyir. Bu vəziyyət ilk növbədə Türkiyə üçün təhdiddir. Kobanidə bir siyasi strategiya hazırlandı. Onu burada davam etdirirlər. Bu həm Türkiyənin daxilinə, həm də bölgəyə yönəlmiş strategiya idi. Bunun məqsədi həm də Türkiyənin daxili siyasətinin təsirlənməsiydi. O da bundan təsirləndi. Biz həmin strategiyanın ziyanını seçim nəticələrində gördük. PKK “Yaxın Şərqdə Türkiyə kürdlərə mane olur” adı altında öz təsir dairəsini genişləndirir. İŞİD-i Yaxın Şərqdə yem olaraq istifadə etdilər. Əsas problem Azez bölgəsində yaşanacaq. Türkiyənin öz sərhədləri yaxınlığında PKK dövləti qurulmasına imkan verməyəcəyini düşünürəm. Türkiyə Azeza uçuşa yasaq bölgə deyirdi. Məhz indi ABŞ-ın niyə Türkiyəyə qarşı çıxdığı bəlli oldu. PKK-nın dövlət qurmasına imkan verilməməlidir”.