Gündəm

  • " width="300" height="266" />
    Əfv üçün müraciət edənlərin adları Prezidentə təqdim edildi –Siyahıda 1100 nəfər var
  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018

Digər Xəbərlər

12 Avqust 2017 - 17:49

Tanınmış yazıçı Eyvaz Zeynalov:“Lütfizadənin qəbri elə Amerikada qalsa, yaxşıdır O, bəlkə, daha artıq bizimlədir, xəbərimiz yoxdur”

Məni bu kiçik qeydlərimi yazmağa bu günlər bəzilərinin dünya şöhrətli həmyerlimiz, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadəyə ünvanladıqları haqsız ittihamlar vadar etdi. Azərbaycana nə verib? İndiyənəcən hardaydı? Niyə bu xalqın yanında deyildi?.. Onlarda qıcıq yaradan, bu sualları doğuran da onun guya Azərbaycanda dəfn olunmaq vəsiyyətidir.

Lütfizadə kimi insanlar mayak, dan uluzu timsalındadılar. Bütün dünyaya, bəşəriyyətə məxsusdular. Dünyaya insanlığa yol göstərmək üçün gəlirlər. Missiyaları dünyəvi, bəşəridir. Onun haqqında söylənən əndirəbadi fikirlər də məhz dünyəvi, bəşəri Lütfizadənin dəyərini öz cılız arşınımızla ölçmək cəhdinin təzahürüdür. Lütfizadə kimilərinin quruca adı belə hər bir xalq, ölkə üçün böyük şərəfdi. Mümkün olsaydı, qonşularımız onu bizim acığımıza çoxdan məmnuniyyətlə özəlləşdirərdilər.

Belə götürəndə Leonardo da Vinçi, Ayvazovski bizə nə verib? Ancaq araşdırmaçıların təəssübkeş qənaətlərini oxuyanda (guya türk əsillidilər) qanımız qaynayır.

Xalqı ilə bir olmaq Azərbaycanda yaşamaqdır? Yoxsa müsahibələrində Şarl Aznavur kimi “Qarabağ bizimdir” deməkdi? Ərz elədim ki, Lütfizadə dünya miqyaslı, bəşəridir. Erməni zahirən nə qədər dünyəvi, bəşəri görünsə də, daxilən heç zaman bəşəri olmayıb!

Lütfizadə məgər iş adamı, biznesmen-zaddı? Onun bəşəriyyətə bəxş etdiyi qeyri-səlis məntiq nəzəriyyəsindən böyük xeyir? Bu xeyirin misli var? Biz bəşəriyyətin, dünyanın bir parçası deyilik? Yoxsa biz xeyirin özünün hələ nə olduğundan xəbərsizik? Bu dargözlükdən nə vaxt qurtulacaq, qlobal düşünə biləcəyik? Adam gərək bu nəzəriyyəsini patent formasında bizə bağışlayaydı, biz də onun nəmənəliyini anlamadan qara bir seyfə göməydik? Əlini qabaq verib? Anlayan, bacaran çoxdan ona sahib çıxıb, geninə-boluna faydalanır. Sən də sahib çıx, sən də bəhrələn. Verdiyi xeyirin nəmənəliyini anlamaq üçün baş işlətməyə çalışmaq əvəzinə, umu-küsü edir, nala-mıxa vururuq.

Rüstəm İbrahimbəyov bizimləydi, burda yaşayırdı də. Rafiq Əliyev bizimlədir, yəni hələ burda yaşayır. Başqaları da elə. Qədrini-qiymətini bilirikmi?..

Biz heç özümüz özümüzlə deyilik. Lütfizadə, bəlkə, daha artıq bizimlədir, xəbərimiz yoxdur.Ürəyi dağ boyda olmayanlar dibində dayandığı dağın əsl qiymətini verə bilməzlər.

Təbiətin qızıl qanunları var. Xeyrini görmək istədiyinə gərək əvvəlcə sahib çıxasan, qulluğunda durasan, özün nəsə verəsən ki, ondan da nəsə umasan. Aliminin ayağına gedən, ona sahib çıxan, onu ucaldan dövlət özü də ucalar. Zaman-zaman laqeyd yanaşdıqlarımızın, sahib çıxmadıqlarımızın (hər sahədə!) çoxunu itirmişik. Lütfizadə bizdən yox, biz ondan bərk yapışmalıyıq. Necə ki, başqaları yapışır. Çünki gənclərimiz, gələcək nəsillərimiz üçün misilsiz örnəkdir. Əsgər sıranın başında dayanana görə düzlənir. Gəmilər mayaka görə hədəfdən yayınmır. Karvan dan ulduzunu tutub irəliyə hərəkət edir və s.

Əlbəttə, böyük, dahi həmyerlimizin vəsiyyətinə sayğı və hörmətlə yanaşmalıyıq. Lakin, məncə, Lütfizadənin qəbri elə Amerikada qalsa, yaxşıdır. O bu torpaqdan qopub, bu torpağın, bu xalqın bir zərrəsidir. Qəbri harda olsa, bu torpaqdan, bizdən sayılacaq, bizim ziyarətgahımıza çevriləcək, bizim qürur yerimiz olacaq. Kaş bu cür qürur yerimiz dünyanın hər yerində olaydı!