Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın trest müdiri ittihamlara cavab verdi:"Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik..."
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

15 Noyabr 2017 - 12:36

Qazax xalqının qəhrəmanlıq eposu Azərbaycan dilinə tərcümə olunub –Təqdimat – FOTO

Qazaxıstan xalqının qəhramanlıq eposu “Koblandı batır”  (“Қoblandy Batyr”)   kitabının Azərbaycan dilində təqdimatı olub.

Qazaxıstanın ölkəmizdəki səfirliyində Strateq.az saytına bildiriblər ki, səfirlik prezident Nursultan Nazarbayevin “Болашаққа бағдар: рухани жаңғыру” (“Gələcəyin istiqaməti: mənəvi canlanma”) adlı proqram xarakterli məqaləsi çərçivəsində ölkə dövlətçiliyinin formalaşmasının mühüm tarixi dövrlərinə, tarixi şəxslərə, qəhrəmanlara, elm, ədəbiyyat, mədəniyyət xadimlərinə həsr edilən kitabların Azərbaycan dilində nəşr layihəsina başlanılıb.

Adı çəkilən kitab filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov- Tağısoy,  Qazaxıstan səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun iştirakı ilə tərcümə olunub. Təqdimatda kitabın tərcüməsinin müəllifi N. Məmmədov-Tağısoy dəstəyə görə səfirliyə təşəkkür edərək bildirib ki,  bu epos qazax xalqının həyatını, bütün xüsusiyyətlərini başa düşməyə inkan verir.

Təqdimatda vurğulanıb ki, “Koblandı batır”  (“Қoblandy Batyr”)  Azərbaycan dilində tərcümə olunan sayca dördüncü nəşrdir.  Bundan öncə Qazaxıstan dövlətinin 550 illiyinə həsr olunan elmi məqalələr toplusu,  "Kız Jibek" Qazaxıstan xalq lirik-epik poeması,  eləcə də türk dünyasının görkəmli xadimi, böyük qazax şairi, filosof və mütəfəkkir Abay  Kunanbayev haqqında kitablar tərcümə olunub.  Səfir Beybit İsabayev çıxışında bildirib ki, layihənin davamı olacaq, yaxın gələcəkdə Qazaxıstan klassiklərinin, görkəmli ictimai xadimlərinin və başqalarının əsərləri  Azərbaycan dilinə tərcümə ediləcək.

SƏMLA