Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

20 Avqust 2018
19 Avqust 2018

Digər Xəbərlər

11 İyun 2018 - 09:38

Böyük rus yazıçsı Paustovskidən Nazim Hikmətə qürurlu etiraf:“Mən yarıtürkəm və bununla fəxr edirəm”

Odatv.com (Türkiyə), 03.06.2018

 

1963-cü il iyunun 3-də, yəni düz 55 il qabaq böyük şair Nazım Hikməti itirmişik. Onun Sovet İttifaqındakı həyatı haqda çoxlu məlum və naməlum xatirələr var. Bunlardan biri Nazim Hikmətin o dövrün məşhur rus yazıçısı Konstantin Paustovskiylə maraqlı dialoqudur…

 

“Bizim peşəmiz natiqlik etmək deyil”

 

Nazim Hikmət 1962-ci il mayın 31-də Tarus şəhərində bu məşhur rus yazıçısının 70 illiyi münasibətilə təşkil edilmiş axşamda qeyd edib: “Mən düşünürəm ki, yazıçı başqa bir yazıçıya öz sevgisini, sayğısını, ən yaxşısı, yazılı halda ifadə etməlidir. Axı bizim peşəmiz natiqlik etmək deyil, sadəcə, yazmaqdır. Buna görə də sevimli müəllimimə – Paustovskiyə münasibətdə bunu etməyə çalışıram. Mən şerlər və məqalələr yazmışam”.

Paustovski ürək xəstəliyinə görə həmin axşama qatıla bilməyib. Hikmət onu “maestro” adlandıraraq davam edib: “Mən düşünürəm ki, o, hər şeydən əvvəl, olduqca şərəfli insandır. Hesab edirəm ki, yazıçının şərəfli olması isə yazıçının istedadından daha üstündür. Və ondakı kimi, yazıçının şərəfi və istedadı birləşirsə, bu, artıq Paustovskinin obrazını verir… Paustovski təkcə sovet ədəbiyyatında deyil, həm də dünya ədəbiyyatında ən böyük simadır”.

 

“Siz şair və cəsur adamsınız”

 

Bu çıxışı haqda sonradan məlum olan sovet yazıçsı 1962-ci il iyulun 1-də cavabında Nazimə məktub yazıb və öz hisslərini belə ifadə edib: “Əziz Nazim Hikmət! Mənim haqqımda məqalə, gözəl şerlər və Ədəbiyyat Muzeyindəki çıxışınızla məni dedikcə mütəəssir edibsiniz. Bütün bunlar mənim üçün gözlənilməz və qiymətli hədiyyə idi. Sizə bütn qəlbimlə təşəkkür edirəm.

Sizi şair və cəsur bir insan kimi tanıdığım vaxtdan bəri sizinlə görüşmək istəmişəm, amma anlaşılmaz utancaqlığımdan bunu indiyədək etməmişəm. Biz bir dəfə Varşavada rastlaşımışıq, amma sizə yaxınlaşmağa ürək etməmişəm, çünki mənə elə gəldi ki, məni tanımadınız. Mən xəstəxanadan təzəcə çıxmışam. Həkimlər dedilər ki, avqustda tamamilə sağlam olacağam və siz Moskvada olacaqsınızsa, onda Tarusa yanıma gəlin”.

Konstantin Paustovski

 

Rus yazıçısı bu məktubda nağıl edir ki, onun türk mənşəyi var. “Ola bilsin, bizim qarşılıqlı rəğbətimiz bununla izah olunur ki, mən yarıtürkəm, – o, qeyd edib. – Mənim nənəm Frakiyada Qazanlıqda doğulub. Mən fəxr edirəm ki, qanımda türk payı var. Mən türkləri – sadə kəndliləri və fəhlələri çox sevirəm”.

Paustovski özünün türk nənəsi Fatimə haqda “Uzaq illər” kitabında nağıl edib. Onun babası Rusiya-Türkiyə müharibəsi zamanı əsir düşüb, bir müddətdən sonra Fatimə adlı türk qızıyla tanış olub. Onlar sonra Rusiyaya gəlib və evləniblər. “Nənəm babama ərə gələrkən xristianlığı və yeni ad – Qonorata – qəbul edib, – Paustovski yazıb. – Babamdansa türk qızı nənəmdən daha çox qorxurduq və onun gözünə görünməməyə çalışırdıq”.

Tərcümə Strateq.az-ındır.