XƏBƏR LENTİ

24 İyun 2019
23 İyun 2019

Digər Xəbərlər

31 Dekabr 2018 - 22:55

Elşən Nəsibovun daha bir kitabı çap olundu –Bu dəfə diplomatiyaya dair

elshen-2.jpg

Siyasətşünas-alim Elşən Nəsibovun daha bir kitabı çapdan çıxıb.

Strateq.az xəbər verir ki, kitab “Diplomatiya” adlanır.

Əsər diplomatiya məfhumunun tərifini verir və məzmununu geniş şəkildə əhatələndirir. Tərkib elementlərin şaxəli strukturunu əks etdirir.  Diplomatiya dövlətin xarici siyasət aktlarının məcmusu və bu yöndə bir sistem kimi diqqətdən keçirilir. Əsərdə diplomatiya məfhumu nəzəri parametrlərlə açılır və anlayışın ümumi- geniş və məhdud – məxsusi mənası öz əksini tapır. Diplomatiyanın məqsəd və vəzifələri, hədəf və niyyətləri, eləcə də  müəyyənliyi və təyinatı izah edilir. Diplomatiya anlayışının fəlsəfi mənası aydınlaşdırılır. Məfhumun qeyri-müəyyənliyi müəyyənliklə əvəz olunur və əhatəli dərk olunması üçün fikir strukturu, düşüncə konstruksiyası qurulur.  İzahlar sayəsində diplomatiyanın konseptuallığı öz əksini tapır. Diplomatiya xarici siyasətin vəhdət forması şəkilində müəyyənləşir.

Əsərdə diplomatiyanın mərhələləri, sahələri və bu baxımdan da növləri, tipləri, formaları  təhlil obyektinə cəlb olunur. Həmçinin dövlətçiliyə, xarici siyasət ideologiyasına, bəşəriyyətə aid olan bu peşənin hakimiyyət qolları ilə qarşılıqlı əlaqələri əksini tapır.

Kitab diplomatiya peşəsində olanlar və bu peşəyə yiyələnmək üçün ixtisas alan tələbələr, həmçinin elmi fəaliyyətlə məşğul olan mütəxəssislər üçün tövsiyə olunur.