XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 20:47

Əbülfəs Qarayev:“Azərbaycanda bəzi kitabxanalar bağlanacaq”

“Azərbaycanda bəzi kitabxanalar bağlanacaq”. 

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Mərkəzləşdirilmiş Kitabxana Sisteminə keçid bəzi kitabxanaların fəaliyyətinin dayandırılması ilə nəticələnəcək: “Sistemə keçid, ümumilikdə, kitabxanaların bağlanması demək deyil. Burada kitabxana işinin təkmilləşdirilməsi əsas məqsədimizdir. Kitabxanalar bağlanmamışdan əvvəl orada çalışan əməkdaşların işlə təmin olunması da bizim diqqətimizdədir. İnsan faktoru nəzərə alınacaq. Söhbət kiminsə işdən azad olunmasından getmir. Biz artıq bu layihə ilə bağlı işlər aparırıq. İki ay ərzində layihə hökumətə təqdim olunmalıdır”.

Report