XƏBƏR LENTİ

15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 12:03

“Polisə Dəstək” İctimai Birliyi kitab nəşr etdirdi –“Heydər Əliyev və hüquq-mühafizə orqanları”

“Polisə Dəstək” İctimai Birliyi “Heydər Əliyev və hüquq-mühafizə orqanları” adlı kitab nəşr etdirib.

İctimai Birlikdən Strateq.az-a verilən xəbərdə deyilir ki, 775 səhifəlik, nəfis dizaynla hazırlanmış kitab böyük dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilib.

Kitabın ərsəyə gəlməsində müəllif və redaktorlar Emin Nəsirli, Fikrət Nağıyev, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Biznes Universitetinin kafedra müdiri Əzim Piriyev, Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Abduləli Abdullayev, məsləhətçilər şair-publisist Ağacəfər Həsənli və Hüseyn Cavid irsinin tədqiqatçısı Həmid Cəfərov böyük zəmət çəkiblər.

Üç fəsildən ibarət olan kitab geniş oxucu kütləsi, dövlət qulluqçuları, ali və orta təhsil ocaqlarının tələbələri, dövlət qulluğunun xüsusi növündə çalışan heyətin vəzifə funksiyalarının icrası üçün əhəmiyyət kəsb edə bilər.