Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Elçin Şıxlı:“Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏLİ KƏRİMLİ HAKİMİYYƏTLƏ DİALOQ İMKANLARINDAN DANIŞDI:"...İndi dayanmaq zamanıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qərbin Moskvaya qarşı “Anakonda planı”:"Rusiyaya daha 3-4 sanksiya tətbiq ediləcək"
  • " width="300" height="266" />
    Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini “Mehri əməliyyatı”nın sirrini açdı:"Məqsəd Naxçıvan üzərindən Qarabağa girmək idi..."
  • " width="300" height="266" />
    Mehman Əliyev:“Prezident İlham Əliyevin yeni komandası olacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezidentliyə namizəd Zahid Oruc:"Nazirlər nədən narahatdırlar, hansı sirlərinin açılmasından qorxurlar?"
  • " width="300" height="266" />
    ABŞ dövlət katibinin sabiq müşaviri Pol Qobl:“Putin beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməyə hazır deyil” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq mühafizəçisi:“Həyat özü elə yaşamaq uğrunda mübarizədir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransa Geosiyasət İnstitutunun analitiki:“Qərbin Ərdoğan üçün etmədiyini Rusiya etdi” - MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    GENERAL BƏRXUDAROV ERMƏNİSTANI HƏDƏLƏDİ:"İrəvanın mərkəzini vurmaq iqtidarındayıq" MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

22 Aprel 2018
21 Aprel 2018

11 Aprel 2018 - 22:49

Seçki fəlsəfəsi –Təbii hüquqları doğuran ictimai vəhdət prosesi

elsen-2.jpg

Elşən Nəsibov

Seçki prosesləri məfhumu, ideologiyası  dövlətçilik fəlsəfi məfhumunun tərkib elementini təşkil edir. 

Seçkinin mənfi tərəfləri ilə yanaşı (məsələn, inkişaf etməmiş cəmiyyətlərdə bu proses daha çox kortəbii mahiyyətlidir. Passiv seçki proseslərində hər kəs öz namizədini layiqincə dəyərləndirə bilməz. Ona görə qeyri-yetişkən, qeyri-rasional mühit mövcud olur),  müsbət cəhətləri də mövcuddur. Seçki prosesində, seçki aktlarında iştirak ilk növbədə vətəndaşların ictimai, siyasi, mədəni vəzifə və hüquqlarından irəli gəlir. Hüquq təbiidir. Ona görə ki, dövlət təbii seçim olaraq meydana gəlib.  Bu hüquqlarla vəzifələr yerinə yetirilir. Məsuliyyətlər əmələ gəlir.  Seçki prosesi dövlətçilik ideologiyasından, hakimiyyətin tənzimləməsindən, başlıcası isə hakimiyyətin mənbəyinin xalq olması ideyasından qaynaqlanır. Seçki prosesi imkan verir ki, xalq həmrəylik formasında, birgə şəkildə öz dövlətinin tərkib elementi və idarəetmə strukturu olan idarəçilik mexanizmlərini formalaşdırsın. Seçki proseslərində iştirak etməklə və yolla hakimiyyəti formalaşdırmaqla vətəndaşların ali siyasi hüquqları formalaşmış olur. Seçki yolu ilə dövlət rəhbəri, xalqı təmsil edən ali ictimai, siyasi və mədəni statuslu şəxs, müəyyən olunur. Seçki ilə xalq və hakimiyyət arasında bir körpü, bütövlük və vasitə yaranır. Seçkilərin mövcudluğu hakimiyyət komandasının xalq qarşısında müddətli imtahanı, sınağı kimi də dəyərləndirilə bilər.  Seçkidə ictimai həmrəylik nümayiş olunur, birgə şəkildə hakimiyyət komandası və dövlət rəhbəri müəyyən olunur. Bu baxımdan da ictimai vəhdətlik  prosesindən ibarətdir.