Gündəm

Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq raykom katibindən sensasion açıqlamalar:“Hücum Çardaxlıdan başlamalı idi, Stepanakertdən yox” - VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan sərt sözlər:“Əli İnsanov çoxdan işdən çıxarılmalı və qovulmalı idi”-VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan radikal fikirlər:“Heydər Əliyevlə bağlı tədbirlərin formatı dəyişməlidir”-VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan skandal yaradacaq sözlər:“Rəsulzadə ictimai-siyasi xadim, Heydər Əliyev ictimai-siyasi və dövlət xadimidir...”-VİDEO
  • " width="300" height="266" />
    AXCP üzvü Sahib Kərimli son nöqtəni qoydu:“Hökumət adamları ilə danışıram...” - VİDEO
  • " width="300" height="266" />
    AXCP üzvü Sahib Kərimli yenə öz sədrini suçladı:“Əli Kərimli İlham Əliyevə qarşı heç bir mübarizə aparmır” - VİDEO
  • " width="300" height="266" />
    Sahib Kərimli AXCP dosyesini açır:“Niyə Əli Kərimliyə qarşı çıxıram?”-VİDEO
  • " width="300" height="266" />
    Yadigar Sadıqlıdan həyəcan siqnalı:“Sosial partlayış baş verəcək”-VİDEO
  • " width="300" height="266" />
    Yadigar Sadıqlı “Müsavat sandığı”nı açır:“Tofiq Yaqublu ilə tamamilə əks mövqe tutmuşam” - VİDEO
  • " width="300" height="266" />
    Yadigar Sadıqlıdan “ana müxalifət” açıqlaması:“AXCP rəhbərliyi Müsavatı zəif düşürməyə çalışır”-VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

Mart 2017
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

XƏBƏR LENTİ

27 Mart 2017
26 Mart 2017
25 Mart 2017

10 Yanvar 2017 - 14:49

Prezident İlham Əliyev:"Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq” 

prezident-11-2

“2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Qəbul edilən qərarlar nəticəsində qeyri-neft sektorunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq”.  

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

O bildirib ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində Ümumi Daxili Məhsulun həcmi azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub: “Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq”.
 
Prezident qeyd edib ki, ötən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə qoyulub:

“2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Digər neft ölkələrindən fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə etdi. Azərbaycanda görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilib. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 30-cu yerdə qərarlaşdırıb. Böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yeri açılıb”.

APA