Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Avropa İttifaqının Bakıdakı nümayəndəsi:“Azərbaycanlıların 51 faizi bizə etibar edir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:"Sərvətlər mənimsənir, əhalinin böyük qismi kasıb yaşayırsa, bunun işğalçılıqdan fərqi yoxdur" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:“Azərbaycan İranda sabitliyin olmasını istəməlidir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fazil Mustafa:“İranda dövlət hakimiyyəti uğrunda amansız mübarizə gedir”- MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

11 Yanvar 2017 - 21:23

2017-ci ilin əsas təhlükələri –Dünya İqtisadi Forumunun ekspertləri açıqladı

dunya-iiqtisadi-forumu

Dünya İqtisadi Forumunun (DİF) mütəxəssisləri ekstremal hava təzahürlərini, məcburi kütləvi miqrasiyanı və terror hücumlarını 2017-ci ildə bəşəriyyət üçün əsas təhlükələr adlandırıblar.

BBC xəbər verir ki, qlobal risklər barədə illik məruzə qeyri-hökumət təşkilatlarının Davosda keçirilən görüşündə təqdim olunub. 

Məruzə müəllifləri ehtimalı yüksək olan risklərin beşliyinə, həmçinin təbii fəlakətləri və məlumat bazası manipulyasiyası ilə bağlı iri fırıldaqları daxil ediblər.

İl ərzində ehtimalı böyük olan risk beşliyi dəyişib. 2016-cı ildə DİF ekspertləri siyahıda ilk yerə genişmiqyaslı miqrasiyanı qoyurdular, terror hücumları isə ilk beşlikdə ümumiyyətlə yox idi. Onların yerini regional nəticələri ilə dövlətlərarası münaqişələr tuturdu.

Hazırkı siyahıya, həmçinin kiberhücumlar, qanunsuz ticarət (o cümlədən silah, radioaktiv maddələr, narkotik vasitələr və dövriyyəsi qadağan və ya məhdud malların ticarəti), dövlətlərarası münaqişələr və hökumət uğursuzluqları daxildir.

Həyata keçdiyi halda ən dağıdıcı effekti olacaq potensial təhlükələrə DİF ekspertləri kütləvi qırğın silahlarını, ekstremal hava hadisələrini və təbii fəlakətləri, su və qida böhranlarını, eləcə də işsizliyi aid ediblər.

Azərtac