Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    ABŞ Helskinki komissiyasının sədri Uiker:“Azərbaycana qarşı sanksiya tətbiqinə çağırış etməmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezident Elçibəyin eks-müşaviri, məşhur şoumen Kamran Həsənli:“Elçibəy məni çox istəyirdi…” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

24 İyun 2018
23 İyun 2018

Digər Xəbərlər

15 İyun 2017 - 12:04

“Yaranmış vəziyyət irəli hərəkət və həll tələb edir” –Zaxarovadan Qarabağla bağlı yeni mesaj

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilmiş həftəlik brifinqdə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana və Azərbaycana səfərindən sonra bu qrupun Rusiya nümayəndəsi rəsmi şərhlə çıxış edəcək.

Fransanın xarici işlər nazirinin Moskvaya səfərindən danışan M.Zaxarova ehtimal edib ki, danışıqlar vaxtı Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq.

“Biz həmkarlarımızla həm də bu məsələ barədə dialoq aparırıq. Ona görə də məsələnin müzakirəsi istisna olunmur”, – deyə o bildirib.

M.Zaxarova, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “Dağlıq Qarabağ məsələsi BMT-nin 4 qətnaməsi əsasında həll edilməlidir” bəyanatını da şərh edib:

“Rusiya Qarabağ münaqişəsi üzrə kompromis tapılması üçün hər şey edir. Lakin bu, münaqişə tərəflərinin heç birinin, o cümlədən Dağlıq Qarabağ əhalisinin zərərinə olmamalıdır. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər bir tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın, onların rəsmi nümayəndələrinin, dövlət xadimlərinin öz baxışları var.

Müəyyən olunmuş format mövcuddur ki, bu, həqiqətən köhnə problemin həllində kompromis axtarışını təklif edir. Kompromis axtarışı isə tərəflərin mövqelərinin onların bir-birinə bəzən hətta nə dərəcədə zidd ola bilməsindən asılı olmayan yaxınlaşmadır. Bu, beynəlxalq praktikadır – ilk baxışda həlledilməz kimi görünən məsələlərin həllini diplomatik yolla tapmaq praktikasıdır.

Biz razılaşırıq ki, mövcud vəziyyət münaqişənin həll edilməsini və irəliləməni tələb edir, məhz buna görə də xüsusilə son vaxtlar əlaqələr intensivləşdirilib və müxtəlif formatlarda keçirilir. Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi kompromis tapılması üçün bütün lazım olanı edir”.

“Əlbəttə, istərdik ki, kompromis mümkün qədər tez tapılsın. Lakin bu, iki ölkənin xalqlarının və əlbəttə ki, Dağlıq Qarabağda bilavasitə yaşayan insanların gələcəyinin zərərinə olmasın”, – deyə M.Zaxarova vurğulayıb/Azərtac.