Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Deputat Avropa Şurasından aralanmaq çağırışlarının əleyhinə çıxdı:"Münasibətlərin korlanması Rusiyanın maraqlarına cavab verir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

17 İyun 2017 - 03:20

Tramp təhqiqat altında olduğunu təsdiqlədi:"FTB direktorunu çıxarmağı məsləhət görmüş şəxs tərəfindən araşdırılıram"

ABŞ prezidenti Donald Tramp yazdığı Tvitter postunda FTB direktoru Ceyms Komini işdən çıxarması ilə bağlı təhqiqat altında olduğunu, deyəsən, etiraf edib. Lakin o, həm də işarə edib ki, bu araşdırmanı ona Komini işdən çıxarmağı təklif etmiş şəxs aparır.

İyunun 16 yazdığı tvitdə Tramp bildirir: “Mən FTB direktorunu vəzifəsindən çıxardığıma görə FTB direktorunu işdən çıxarmağı mənə məsləhət görmüş şəxs tərəfindən araşdırılıram. Əcinnə ovudur”.

Bəlli deyil ki, Trampa təhqiqat barədə rəsmi bildiriş gəlib, yoxsa o, sadəcə olaraq, media xəbərlərinə reaksiya verib.

Anonim mənbələrə istinadən bu həftə “The Washington Post” yazıb ki, xüsusi prokuror Robert Müller 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxiləsinə dair araşdrımanın miqyasını genişləndirib və indi bu təhqiqata həm də Trampın Komini işdən azad etməklə ədalətə mümkün əngəl törətməsini daxil edib.

Müllerin ilkin təhqiqatı Trampın yaxın çevrəsinin, onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillari Klintona qarşı seçkidə şans qazanması üçün seçkiyə təsir göstərmək məqsədilə Rusiya rəsmiləri ilə mümkün sövdələşməsinə aid idi.

Mayın 9-da Tramp tərəfindən vəzifəsindən çıxarılanadək, FTB-nin direktoru kimi, bu təhqiqatı Komi aparırdı.

 

Rosenşteynin rolu?

 

Burası da aydın deyil ki, Trampın tvitində spesifik olaraq baş prokurorun müavini Rod Rosenşteyn nəzərdə tutulub, yoxsa yox? Baş prokuror Ceff Seşşins bu təhqiqatdan könüllü şəkildə aralandıqdan sonra, Rusiya rəsmiləri ilə Trampın seçki kampaniyasına daxil olan adamlar arasında mümkün əlaqələrin araşdırlmasına nəzarəti onun müavini Rosenşteyn həyata keçirir.

Baş prokurorun müavini Rod Rosenşteyn

 

Rosenşteyn, barəsində geniş məlumat verilən memonu təqdim edib. Onun prezidentə göndərdiyi bu memoda Kominin fəaliyyətindən narahatlıq ifadə olunurdu. Tramp əvvəlcə Komini bu memonun əsasında işdən çıxardığını desə də, sonradan bildirmişdi ki, Komini işdən çıxarmaq qərarına Rosenşteynin memosundan əvvəl özü gəlmişdi.

Komi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Rosenşteyn Rusiyanın seçki müdaxiləsinin araşdırılması üçün müstəqil xüsusi prokuror vəzifəsinə Mülleri təyib edib.

ABŞ-ın ABC televiziya şəbəkəsinin adı çəkilməyən mənbələrə istinadən verdiyi məlumata görə, Rosenşteyn baş prokurorun üçüncü müavini Reyçl Branda özünü bu təhqiqatdan aralamaq niyyətində olduğunu deyib. İddia olunduğuna görə, o, bunu Komi barədə Trampa göndərdiyi memo ilə bağlı etmək istədiyini söyləyib.

Tramp isə Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları rədd edir və bu barədə məlumatları “saxta xəbər” adlandırır.

İyunun 16-da yazdığı başqa bir tvitdə Tramp bildirir: “Mənim "ruslarla sövdələşmələrim”ə dair 7 ay davam edən təhqiqatlardan və komitə dinləmələrindən sonra heç kəs sübut göstərə bilməyib. Kədərlidir!”

 

Kominin ifadəsi

 

Trampın ədalətə mümkün maneçilik törətməsinə dair narahatlıqlar iyunun 8-də Kominin Senat palatası qarşısında verdiyi ifadədən sonra yaranıb.

Komi bu ifadədə inandığını bildirib ki, onun vəzifəsindən çxıarılması Rusiyanın mümkün müdaxiləsini və mümkün sövdələşməni araşdırmasına görə baş verib.

Komi habelə demişdi ki, Tramp ondan keçmiş müşaviri Maykl Flinnin Rusiya rəsmiləri ilə əlaqələrinə dair araşdırmanı dayandırmasını istəyib.

Trampın kürəkəni Cared Kuşner də təhqiqat altındadır

 

Mayın sonlarında Tramp ona uzun müddət xidmət etmiş hüquq məsləhətçisi Mark Kasovitsi Rusiya ilə bağlı məsələlərdə onu təmsil etmək üçün kirayələyib.

İyunun 15-də vise-prezident Mayk Pens də Rusiya ilə bağlı məsələlərdə onu təmsil etməsi üçün vəkil tutduğunu bildirib.

Bu arada “The New York Times” iyunun 16-da xəbər verib ki, Trampın keçid komadasının baş müvəkkilinin ofisi işçi heyətə, Rusiya və Ukraynaya dair səfər sənədləri də daxil, bütün sənədlərin saxlanması göstərişini verib.

Başqa bir məqalədə “The Washington Post” xəbər verir ki, Müller həmçinin Trampın müşaviri Cared Kuşnerin maliyyə və biznes fəaliyyətini araşdırır.

Mülk biznesi ilə məşğul olan Kuşner həm də Trampın qızı İvankanın əridir. O, hazırda keçid administrasiyası dövründə Rusiya səfiri Sergey Kislyak və bir Rusiya bankiri ilə görüşdüyünə görə araşdırlır.

azadliq.org