Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

10 Avqust 2017 - 10:21

ABŞ-dan Putinin Abxaziyaya səfərinə sərt reaksiya –Bəyanat

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə münasibət bildirib.

Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) Moskvanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb: “ABŞ Rusiya Federasiyası prezidenti Vladimir Putinin Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisi Abxaziyaya səfərini qəbuledilməz və Moskvanın iştirakçısı olduğu Cenevrə beynəlxalq müzakirələrinin prinsiplərinə zidd sayır. ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü də suverenliyini tam dəstəkləyir və Abxaziya ilə Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasını rədd edir. ABŞ Rusiyanı öz qoşunlarını 2008-ci ildə baş vermiş hərbi fəaliyyətlərdən əvvəlki mövqelərə çəkməyə və Abxaziya ilə Cənubi Osetiyanın tanınması barədə qərarına yenidən baxmağa çağırır”.   

Xatırladaq ki, V. Putin avqustun 8-də Abxaziyaya səfər edib və separatçı bölgənin başçısı Raul Hacimba ilə görüşüb.