Gündəm

  • " width="300" height="266" />
    Ukraynada növbəti gərginlik:veteranlar və şaxtaçılar ayağa qalxdı, qarşıdurma böyüyür - VİDEO
  • " width="300" height="266" />
    Tansu Çillər sükutu pozdu:"Bu yola probelm həll olunmaz, çətin bir mərhələdəyik”
  • " width="300" height="266" />
    Azərbaycan ordusu düşmənin səmamızda kəşfiyyat uçuşu aparmaq istəyən “X-55” taktiki PUA-sını vurdu –Füzuli-Xocavənd istiqamətində
  • " width="300" height="266" />
    Biləsuvarda şok intihar: 16 yaşlı nişanlı qız ölümündən əvvəl:"Mənə xəyanət etdin..." + VİDEO
  • " width="300" height="266" />
    Cəbrayıl və Füzulinin işğalında mühüm rol oynamış soyğunçu general qandallandı –Təfərrüat + VİDEO
  • " width="300" height="266" />
    Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi –Kilsə ziyarəti və... + FOTOLAR
  • " width="300" height="266" />
    BAKININ İCRA BAŞÇILARININ İŞTİRAKI İLƏ MÜŞAVİRƏ –Nöqsanları olanlara xəbərdarlıq edildi: "İşdən azad olunacaqsız..."
  • " width="300" height="266" />
    MHP lideri rəqiblərinə “şərəfsiz” dedi:"Bunlar ya şok, ya da yox olacaqlar"
  • " width="300" height="266" />
    Baş nazir ABŞ-la imzalanan sazişi açıqladı –"90 gün ərzində PYD və YPG dəstələri Suriyanın Menbic şəhərini boşaltmalıdır"
  • " width="300" height="266" />
    ABŞ prezidentindən Avropa Komissiyasının rəhbərinə kəskin ittiham:"Jan-Klod Yunker, sən amansız qatilsən"

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

19 İyun 2018
18 İyun 2018

Digər Xəbərlər

07 Oktyabr 2017 - 17:00

Milli Şuranın Bakıdakı mitinqi: “Hökumət gənclərdən qorxur” –Bakı Polisi açıqlama yaydı (VİDEO/FOTO)

Bakıda, İnşaatçılar metrostansiyasının yanındakı Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi növbəti mitinq keçirilir. 

Aksiyanın əsas şüarı "Korrupsiyaya son, siyasi məhbuslara azadlıq!"dır.

Strateq.az xəbər verir ki, saat 15:00-dan 17:00-a qədər təyin edilən mitinq ərazisində olan bütün operatorların interneti zəifəyib, sürət aşağı düşüb. Bu səbəbdən hazırda mitinqdən canlı yayım etmək, foto və videolar paylaşmaq mümkün olmur.

Bununla mitinqin işıqlandırılmasına əngəl yaradıldığını deyən AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli jurnalistlərə açıqlamasında faktı təsdiqləyib: “Ən narahatlıq doğuran məsələ odur ki, internetin sürətini tam aşağı salıblar. Halbuki, hökumət xalqın 300 milyonunu xərcləyib kosmosa peyk buraxanda, iddia edirdi ki, bu, ən yüksək səviyyədə internet təminatından ötrü nəzərdə tutulur”.

N.Məmmədli digər rabitə vasitələrinin işləməsində də eyni problemlərin yaşandığını ifadə edib: “Bu gün mitinq qorxusu hakimiyyəti elə duruma çatdırıb ki, faktiki olaraq hazırda internetdən istifadə mümkün deyil. Eyni zamanda müxtəlif rayonlarda hüquq-mühafizə qurumlarının mitinqə getmək istəyənlərə basqıları olub. Ancaq ədalət naminə qeyd etmək istərdim ki, bu dəfə əvvəlkindən fərqli olaraq, müxalifətçilərə daha yumşaq davranırlar”.

N.Məmmədli mitinqqabağı təşkilatçılara və fəallara basqısı barədə də danışıb. Bildirib ki, bu mitinq öncəsi 5 cəbhəçi saxlanıb, təzyiqlər əsasən, müxalifətçiləri qorxutmaq istiqamətinə yönəlib.

Mitinqin aparıcısı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmlidir.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bundan əvvəlki mitinq ərəfəsində saxlanılan, inzibati qaydada həbs edilən cəbhəçilərdən danışıb.

“Azərbaycan hökuməti gənclərdən qorxurBizim mitinqin aparıcısı İlham Hüseyni, əvvəlki mitinqdə çıxış etməli olan Emil Səlimovu, bu gün çıxış etməli olan başqa bir gənci həbs ediblər. Amma bundan əvvəllər də onlarla parlaq azərbaycanlı gənclərini həbsə doldurublar. Biz bütün Azərbaycan gəncliyinə azadlıq istəyirik”.

Əli Kərimli bildirib ki, hökumətin əsas hədəfi təşkilatçılardır.

“Etiraz edənlərin qarşısını heç nə ilə ala bilməzlər. Elin gücü selin gücüdür. Bizim təşkilatçılar da qorxmazdır, onları qorxutmaq olmaz”, – deyən Ə.Kərimli Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqində saxlanan gənclərin bir çoxunun sərbəst buraxıldığını, onların meydanda olduğunu bildirib.

O, həmin şəxsləri salamlayıb: "Biz xalqın təpkiləri ilə bu ölkədə haqsız yerə həbs edilmiş hər bir kəsin azadlığına nail olacağıq. Onlar da gəlib millətə təşəkkür edəcəklər".

Daha sonra Ə.Kərimli Azərbaycan hökumətini sərt tənqid edib…

****

Daha sonra aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, Gültəkin Hacıbəyli və başqaları çıxış edib.

Aksiya insidentsiz başa çatıb.

Meydanda elan edilib ki, eyni tələblərlə növbəti mitinq oktyabrın 28-də keçirləcək.

****

Bakı şəhər Baş Polis İdarəsi  də bu gün keçirilən aksiya ilə bağlı məlumat yayıb.

İdarədən veriən məlumata görə, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı  idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Musavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200  (min iki yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Strateq.az Amerikanın Səsi-nə istinadla mitinqdən çəkilmiş videoları təqdim edir: