Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Suriyalı jurnalist:“Əsəd rejimi İdlib üçün “Qroznı ssenarisi” hazırlayır” – Müsahibə 

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

19 Fevral 2018
18 Fevral 2018

11 Oktyabr 2017 - 03:34

ƏRDOĞANDAN DAHA BİR CƏSARƏTLİ ADDIM –ABŞ-ın Türkiyədəki səfirinə hücum etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqton və Ankara arasında yaşanan diplomatik çəkişməyə görə, Birləşmiş Ştatların Türkiyədəki səfirini ittiham edib və bildirib ki, onun ölkəsi səfir Con Bassı ABŞ-ın rəsmi nümayəndəsi saymaqdan imtina edir.

"Reuters" agentliyinin xəbərinə görə, Türkiyədə missiyasını başa vurmaqda olan səfir Con Bassın üzərinə açıq və birtərəfli hücum edən Ərdoğan onu Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırması qərarını özbaşına qəbul etdiyini deyib.

Türkiyə prezidenti deyib ki, ABŞ diplomatik missiyalarına “casuslar” soxulub.

"Reuters" yazır ki, son diplomatik qarşıdurma iki NATO müttəfiqi arasında onsuz da gərgin olan münasibətləti daha da tarıma çəkib. Münasibətlər Türkiyədə ötən iyulda baş tutmamış çevriliş cəhdindən və ABŞ məhkəməsi tərəfindən Türkiyə rəsmilərinə qarşı cinayət ittihamları irəli sürüləndən sonra korlanıb.

ABŞ səfirliyi oktyabrın 9-da viza xidmətlərinin dayandırıldığı elan etmişdi. Missiya bildirmişdi ki, Amerika tərəfi Türkiyənin səfirliyin təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini qiymətləndirməyə məcburdur.

ABŞ-ın Türkiyədəki səfiri Con Bass

 

Ərdoğan deyib: “Ankarada oturmuş bir səfirin qərarlar qəbul etməsi və bunu öz hökumətinin adından etdiyini deməsi qəribə görünür”. 

Türkiyə prezidenti əlavə edib: “Bizim səfir belə bir iş görsəydi, biz onu vəzifəsində bir dəqiqə də saxlamazdıq”.

ABŞ səfirliyi bildirib ki, onun əməkdaşının Fətullah Gülənlə əlaqədə ittiham edilib həbs olunması “tamamilə əsassızdır”.

Lakin Ərdoğan deyib ki, bu həbs və səfirliyin daha bir əməkdaşının polisə dindirmə üçün çağırılması “İstanbuldakı ABŞ konsulluğunda nələrinsə baş verdiyini göstərir”.

Prezident bildirib ki, səfir Bass bir neçə gündən sonra Türkiyəni tərk edərək Əfqanıstanda yeni vəzifəyə gedir və bu münasibətlə vida mərasimi təşkil edib.

Ərdoğan səfərdə olduğu Belrqadda keçirilən mətbuat konfransında deyib: “Bizim nazirlərimiz, parlamentin spikeri və mənim özüm onun dəvətini qəbul etməyəcəyik, çünki biz onu Birləşmiş Ştatların nümayəndəsi saymırıq”.

Türkiyənin baş naziri Binəli Yıldırım isə deyib ki, ABŞ səfirliyinin vizaların verilməsini dayandırması hər iki ölkənin vətəndaşlarını cəzalandırır. O, Vaşinqtonu öz müttəfiqinə qarşı emosional və yersiz addımlar atmaqda ittiham edib.

"Reuters" yazır ki, iki ölkə arasında münasibətlərin korlanmasına səbəb həm də ABŞ-ın Suriya kürdlərinə hərbi dəstəyi və Fətullah Güləni ekstradisiya etməkdən imtina etməsi olub.

ABŞ məhkəməsi bir Türkiyə bankiri və bir keçmiş naziri Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının pozulmasında iştiraka görə cinayət məsuliyyətinə cəlb edib.

Bundan başqa, ABŞ-da may ayında baş vermiş insidentlə əlaqədar Ərdoğanın şəxsi mühafizəsinin 15 əməkdaşına qarşı cinayət işi qaldırılıb.

Azadlıq Radiosu