Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

22 İyun 2018
21 İyun 2018

Digər Xəbərlər

12 Oktyabr 2017 - 13:34

GENERAL KƏRİM VƏLİYEV: “Ordumuz mühüm döyüş tapşırığını yerinə yetirməyə hazırdır” –Tədbir + FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və psixoloqların iştirakı ilə seminar keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə “Yüksək hərbi intizamın əldə olunmasında qarşıya çıxan problemlərin həlli yolları” mövzusunda çıxış edən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev Ali Baş Komandan cənab İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışı ilə əlaqədar qeyd edib ki, ölkə başçısı ordu quruculuğu məsələlərinə toxunaraq torpaqlarımızın sülh yolu ilə düşməndən azad edilmədiyi təqdirdə, Ordumuzun mühüm döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib.

Generalın sözlərinə görə, ordumuz 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, yenə də düşmən üzərində qələbəmizi təmin etməyə qadirdir.

General-leytenant K.Vəliyev əmin olduğunu bildirib ki, seminara cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirəcək, Ali Baş Komandanın və Müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə danışaraq hərbi bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlar və bu sahədə şəxsi heyətlə iş üzrə zabit heyətinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Seminarda Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Rasim Kazımov, Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev, Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev və müxtəlif hərbi hissələrin zabitləri çıxış edərək hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən başlıca amillərdən olduğunu qeyd edib, həmçinin mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.